Bu gün İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab sərgisində Türk DEGS Mərkəzinin rəhbəri Müstafi Tümamiral Doç. Dr. Cihat YAYCI paşa sərgidə Azərbaycan stendini ziyarət edib. Bu haqda Türk DEGS Qafqaz üzrə təhlükəsizlik eksperti E.o.polkovnik Akif QASIMOV saytımıza məlumat verib.
“Ziyarət zamanı paşamız, ölkəmiz barədə müsbət fikirlərini bildirib və Azərbaycanı TÜRK DÜNYASININ QALASI və ƏSAS ÜMİDİMİZ AZƏRBAYCAN olduğunu qeyd edib.
Ziyarətin sonunda paşamıza kitab hədiyyəsi təqdim olundu və xatirə şəkli çəkildi”,-deyə o bildirib.