image-2000x150
image-img-20240227-wa0008backend

İstanbulda “Ulu Öndər Heydər Əliyevin Dünyaya Tanıtdırdığı Faciə: Xocalı Soyqırımı” adlı tədbir keçirilib

image-768x150

İstanbul Kiçikçəkməcə rayonunun Halkalı Fən Elmləri Mərkəzində “Ulu Öndər Heydər Əliyevin Dünyaya Tanıtdırdığı Faciə: Xocalı Soyqırımı” adlı tədbir keçirilib.

Fevralın 22-də Halkalı Fən Elmlərin təşkilatçılığı və Qafqaz Tarix Mərkəzi-Türkiyə şöbəsinin dəstəyi ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin Dünyaya Tanıtdırdığı Faciə: Xocalı Soyqırımı” mövzusunda konfrans keçirilib.

Əvvəlcə Türkiyə və Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyə və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Konfransda Halkalı Fən Elmləri Mərkəzinin təsisçisi Tanər KORHAN müəllim giriş sözü ilə Xocalı faciəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.

Daha sonra Qarabağ Müharibəsi və Silahlı Qüvvələrin veteranı ehtiyyatda olan polkovnik Akif QASIMOVA söz verilib. Polkovnik A.QASIMOV slayd təqdimatında Ulu Öndər Heydər ƏLİYEVİN tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək haqq səsimizi dünya dövlətlərinin və beynəlxalq təşkilatların diqqətinə çatdırdığını xüsusi vurğulayıb. “Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edib. Bu qərardan sonra Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi qeyd olunur”. A.Qasımov çıxışında “Heydər Əliyev Fondu”nun XOCALIYA ƏDALƏT kompaniyası dünya ölkələrinə Xocalı həqiqətlərinin çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra təqdimatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏLİYEVİN ailəsi ilə birlikdə hər il olduğu kimi bu il də 26 fevral tarixində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin ziyarət etməsini və cənab prezident tərəfindən Xocalı rayonunda faciə qurbanlarının xatirəsinə anıt abidəsinin təməlinin qoyulması barədə məlumat verib. Hörmətli zabit, DƏMİR YUMRUQ 44 günlük Vətən müharibəsi əməliyyatlarının zəfərlə bitməsi nəticəsində bütün şəhidlərimizin qisasının alındığını bildirib.

Konfransda söz verilən qonaqlardan MHP MYK Ahmet Savaş ÇOLAK, Küçükçekmece MHP rayon sədri Ekrem SARISOY, Küçükçekmece AK partiyası rayon sədrinin müavini və Məclis üzvü Cengiz KIZILDAG, Küçükçekmece AK partiyası Məclis üzvlüyünə namizəd Hüseyin İPƏK, Büyük Birlik Partiyası rayon sədri və Məclis üzvlüyünə namizəd Mehmet CEM ÖZEL, Küçükçekmece Kızılay Şöbəsinin rəhbəri Hayrettin CANTÜRK, İlim Yayma Cemiyeti Küçükçekmece Şöbəsinin sədr müavini Barış SOLMAZ çıxış edərək Xocalı soyqırımının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıblar. Və Türkiyə Azərbaycan dostluğunun bugünkü stratejik səviyyədə olduğunu və bunun da səbəbi iki qardaş ölkənin prezidentlərinin birgə fəaliyyətinin nəticəsi olduğunu qeyd ediblər.

Daha sonra İstanbulda fəaliyyət göstərən Azərbaycanlı müəllimə Elnarə Fətullayeva öz çıxışında Xocalı soyqırımının insanlıq tarixinin faciəsi adlandırıb, bunu heç bir zaman yaddan çıxarmayacağımızı bildirib.

Sonda Azərbaycanlı şagirdlər Xocalı Soyqırımı barədə şeirlər söyləyib və gəncləri maraqlandıran suallar cavablandırılıb.

image-img-20240227-wa0003

image-img-20240227-wa0007

image-img-20240227-wa0010

image-img-20240227-wa0009

image-img-20240227-wa0002

image-img-20240227-wa0004

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki