image-2000x150
image-20240229101319_koln_xocali-2backend

Kölndə Xocalı soyqırımının 32-ci ildönümü anılıb

image-768x150

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Almaniyanın Köln şəhərində anım tədbiri keçirilib.

Tədbirdə Almaniyanın Köln, Bonn, Düsseldorf, Troisdorf şəhərlərindən olan soydaşlarımız iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Daha sonra Vətənin ərazi bütövlüyü uğrunda şəhid olanların və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbir iştirakçılarına Ali Baş Komandan İlham Əliyevin suverenliyimizi tam bərpa etdikdən sonrakı dövrdə diaspor siyasətindəki prioritetləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Komitə sədri hər il olduğu kimi, bu il də diaspor təşkilatları tərəfindən “Xocalıya Ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində çoxsaylı tədbirlərin həyata keçirildiyini, dünya ictimaiyyətinin məlumatlandırıldığını bildirib. Bir neçə gün öncə Köln Katedralı önündə 200-dən çox diaspor nümayəndəsinin iştirakı ilə baş tutmuş aksiyanı xatırladan Komitə sədri Almaniyada yaşayan soydaşlarımızın Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında həmişə xüsusi fəallıq göstərdiyini vurğulayıb.

Daha sonra Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev çıxış edərək, Azərbaycanın qan yaddaşı olan Xocalı qətliamının Ermənistan silahlı qüvvələri tərəfindən törədilən insanlıq əleyhinə cinayət aktı olduğunu, bu cinayəti törədənlərin gec-tez beynəlxalq hüquq qarşısında cavab verəcəklərini bildirib.

Tədbir iştirakçılarından Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, sədr müavini Sərdar Əliyev, əslən Ağdamdan olan və ailə üzvlərini I Qarabağ müharibəsində itirmiş, “Qarabağ” FK-nin sabiq oyunçusu, hazırda Almaniyada yaşayan  həmyerlimiz Vüqar Cəfərov, eləcə də alman tarixçi və musiqişünas Anja Bel, Alman–Azərbaycan Mədəniyyət Evinin həmsədri Altay Rüstəmli çıxış edib, Xocalı faciəsinin ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən acı səhifələrindən biri olduğunu söyləyiblər.

Tədbirin bədii hissəsində Almaniya Azərbaycanlıları Alyansının üzvü Səbinə Məmmədova pianoda, Vahid Məmmədov tarda həzin musiqilər ifa edib.

Sonra erməni vandallarına qarşı döyüşən qəhrəman oğullarımızdan bəhs edən “Oğul” sənədli filmi numayiş etdirilib. Yekunda tədbir iştirakçılarına soyqırımı ilə bağlı məlumatlandırıcı bukletlər və döş nişanları təqdim edilib.

image-20240229101319_koln_xocali-3 image-20240229101320_koln_xocali-5

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki