image-2000x150
image-rp3cr989uusbackend

Krasnoyarsk diyarının qubernatorunun illik iclasında Azərbaycan diasporu da təmsil olunub

image-768x150

Mayın 30-da Krasnoyarsk Vilayət Filarmoniyasının Böyük Konsert zalında Krasnoyarsk diyarının qubernatoru Mixail Kotyukovun illik iclası keçirilib. Burada regionun sosial və iqtisadi siyasətinin prioritetləri qeyd olunub. Qubernator digər sosial qurumlar arasında milli-mədəni muxtariyyətlərin regionun inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti adından tədbirdə muxtariyyət sədrinin müavini, şəhər polisinin veteranı, daxili işlər orqanlarında xidmət etmiş, ehtiyatda olan polis polkovniki Arzuman Məmmədov iştirak edib. 30 ildən çoxdur ki, Krasnoyarsk diyarında Vətən qarşısında müstəsna xidmətlərinə görə Arzuman Məmmədov dəfələrlə şəhər və diyar rəhbərliyinin müxtəlif fəxri fərmanları və təşəkkürnamələri, habelə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin “İgidliyə görə” ordeni ilə təltif edilib.

İclasın yekunlarına əsasən növbəti illər üçün Krasnoyarsk diyarının əsas inkişaf istiqamətləri açıqlanıb. Bu istiqamətlər əsasında yeni proqram və layihələr hazırlanacaqdır.

Krasnoyarskda Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Taleh Mahmudovun rəhbərliyi ilə soydaşlarımzın tərəfindən görülən işlərə verilən qiymətin nəticəsidir ki, belə bir əhəmiyyətli tədbirə diasporumuz dəvət olunub.

image-f1bl5n_d884 image-ktqmkki5_7u

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki