image-2000x150
image-nhszatf04dkbackend

Krasnoyarskda “Böyük tarix” bayram konserti keçirilib

image-768x150

17-18 apreldə Krasnoyarskda A.N. Kuznetsov adına Əmək və Razılıq Mədəniyyət sarayının 45 illik yubileyi münasibəti ilə konsert təşkil edilib.

Hər iki gündə keçirilən tədbirdə Krasnoyarskda Azərbaycan Regional Milli-Mədəni Muxtariyyəti və Gənclər Təşkilatı da iştirak edib. Milli sərgidə mindən çox qonaq Azərbaycanın mədəniyyəti ilə tanış olub, burada milli suvenirlər, ədəbiyyat, milli geyimlər və musiqi alətləri təqdim olunub.

Həmçinin milli sərgisində bütün qonaqlar Azərbaycanın görməli yerləri ilə  bağlı pazıl yığaraq viktorinada iştirak edib, əllərinə rəngli xına dizaynları çəkiblər.

Böyük konsert proqramında “Odlar Yurdu” Azərbaycan Xalq mahnı və rəqs ansamblı da iştirak edib. Rəqqaslar sarayın özünün “tikintisini” təcəssüm etdirən ümumi proloqda hərbi nömrədə, eləcə də bütün qruplarla birlikdə yekun nömrədə iştirak ediblər. Həmişə bütün iştirakçıları və qonaqları hərarətlə qarşılayan Əmək və Razılıq Mədəniyyət sarayı müxtəlif xalqların nümayəndələrinin necə anlaşdığını simvolizə ediblər.

image-gt7fp_lmqss image-ijxdmolyg-a image-itivemvoyx8 image-y2kpnrlwn9q

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki