image-2000x150
image-jty1mjqgbvebackend

Krasnoyarskda keçirilən etnoviktorinada gənclərimiz qalib olub

image-768x150

Bu günlərdə Rusiyanın Krasnoyarsk şəhərindəki “Zerkalo” gənclər mərkəzində “MİR” Milli Gənclər Assosiasiyaları Şurasının “Krasnoyarsk diyarının xalqlarının dil müxtəlifliyi” adlı etnoviktorina keçirilib. Regionun milli-mədəni muxtariyyətlərinin nümayəndələrindən ibarət komandalar dünya xalqlarının mədəniyyətləri və dilləri üzrə ən yaxşı ekspert adı uğrunda mübarizə aparıblar.

Viktorinada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Krasnoyarsk filialının fəalları da “Odlar Yurdu” komandası adı ilə iştirak ediblər və orada 3-cü yeri tutublar. Qeyd edək ki, komandanın kapitanı Nübar Bağırova olub.

İntellektual turlarla yanaşı, proqramda yaradıcılıq fasilələri də yer alıb. Fasilələrin birində fəal soydaşımız Kərəm Tomarov Azərbaycan dili ilə bağlı şeir oxuyub.

“Etnoquiz”in əsas məqsədi təhsil və mədəniyyət mübadiləsidir. Bu cür tədbirlər həmişə Krasnoyarsk diyarında və ondan kənarda yaşayan xalqların mədəniyyəti haqqında biliklərini göstərmək istəyən çoxlu sayda uşaqları cəlb edir.

image-b0dot0jyvrg image-o84t1mkv4zq image-vmxz_80lvog

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki