image-2000x150
image-img-20220529-wa0033backend

Krasnoyarskda keçirilən mini-futbol turnirində Azərbaycan komandası qalib olub

image-768x150

Mayın 29-da Rusiya Federasiyasının Krasnoyarsk şəhərindəki “Gənclik” stadionunda Krasnoyarsk diyarının milli-mədəni birlikləri arasında “Millətlər Kuboku” adlı XIX mini-futbol turnir təşkil edilib.

“Diaspornews.az” xəbər verir ki, bu ənənəvi turnir Krasnoyarsk diyarının qubernatorunun İctimaiyyətlə əlaqələr şöbəsinin, Krasnoyarsk diyarının Gənclər Siyasəti və Sosial İnkişaf Proqramlarının İcrası Agentliyinin, Krasnoyarskdakı “Xalqların Dostluğu Evi” dəstəyi ilə keçirilir.
Turnirin açılış mərasimində rayon və şəhər rəhbərliyinin nümayəndələri iştirak edib, turnir iştirakçılarını təbrik ediblər. Sonra Rusiya bayrağı qaldırılıb, ardınca Rusiya himni səsləndirilib.
Reqlamentə əsasən, tədbirdə 25 yaşına çatmamış futbolçular iştirak edib.
Bu turnirdə 12 komanda qatılıb:
1. Azərbaycan
2. Ermənistan
3. Çuvaşıstan
4. Qazaxıstan
5. Özbəkistan
6. Latın Amerikası
7. Yenisey qazaxları
8. Buryatiya
9. Qırğızıstan
10. Xakasiya
11. Tıva Respublikası
12. Tacikistan.
Püşkatmanın nəticələrinə görə
komandalar 4 qrupa ayrılıblar.
Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədovun rəhbərlik etdiyi komandamız aşağıdakılardan ibarətdir:
– Məmmədov İzzət Ayaz oğlu;
-Əlirzayev Ənvər Natiq oğlu;
– Cavadov Səbuhi Elşən oğlu;
– Həmidov Şamil Gündüz oğlu;
– Əliyev Emil Baxış oğlu;
– Mehrəliyev Emil Ramin oğlu;
-Əliyev Sahib Otar oğlu;
– Vəliyev Yalçın Sahib.
Azərbaycanlılardan ibarət komanda gərgin keçən oyunlarda qırğızlara, ermənilərə,Yenisey qazaxları və çuvaşlara qalib gələrək finala çıxıblar.
Final görüşündə komandamızın rəqibləri Tıva Respublikasının çox iddialı komandası olub. Komandamızın oyun və mövqe üstünlüyünə baxmayaraq, əsas vaxtda güclü müdafiəni yarıb rəqibin qapısını qol vura bilməyib. Oyunu 0:0 hesabı ilə başa vuran komandalar oyunsonrası penaltiləri yerinə yetirməli olub. Sonda futbolçularımız 2:1 hesabı ilə finala çıxaraq “Millətlər Kuboku – 2022” turniqinin qalibi olub.
Turnirin nəticələrinə əsasən, Əliyev Sahib və Cavadov Səbuhi müvafiq olaraq turnirin ən yaxşı qapıçısı və ən yaxşı oyunçusu seçilib. Komandanın oyunçuları pul mükafatlarına layiq görülüblər.
Xatırladaq ki, uzun illər bir çox təşkilati məsələlərin həllində komandaya rəhbərlik edən Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədova rəhbərliyi altında komandamız dəfələrlə bu ənənəvi və mötəbər turnirin qalibi və mükafatçısı olub.
Komanda üzvləri sponsorluğa görə
Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Taleh Mahmudova, təşkilatın İdarə heyətinin üzvləri Məhəmməd Bayramova, Nəsimi Həsənova, Bəhmən Məmmədova, Ayaz Məmmədova xüsusi təşəkkürlərini bildiriblər.
Krasnoyarskdakı həmyerlilərimizi, oyunçuları, məşqçiləri və komandanın sponsorlarını növbəti qələbə münasibəti ilə təbrik edir, onlara gələcək oyunlarda da uğurlar arzulayırıq.

image-img-20220530-wa0020image-img-20220529-wa0031image-img-20220530-wa0019

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki