image-2000x150
image-ssssssbackend

Krasnoyarskda “Odlar yurdu” adlı konsert keçirilib

image-768x150

Mayın 26-da Krasnoyarskda Əmək və Razılıq Mədəniyyət sarayının Böyük zalında “Odlar yurdu” adlı konsert olub. Bu haqda saytımıza Krasnoyarskda fəaliyyət göstərən “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının direktoru Səadət Qarayeva məlumat verib.

Qeyd edək ki, tədbir Azərbaycanlıların regional milli-mədəni muxtariyyətinin və şəxsən onun sədri Taleh Mahmudovun dəstəyi ilə yaradıcı kollektiv və Əmək və Razılıq Mədəniyyət Sarayının təşkilatçılığı ilə baş tutub.

Ənənəvi olaraq Krasnoyarsk tamaşaçıları Azərbaycan mədəniyyətini bütün dünyada tərənnüm edən alovlu musiqilər, virtuoz ifalar, rəqslər və mahnılar qarşısında əyləniblər. “Odlar yurdu”nun solistləri “Tərəkəmə”, “Qaytağı”, “Yallı-zorxana”, “Şələqoi”, “Şallı” və bir çox başqa rəqsləri ifa ediblər. Qonaqlara həmçinin yeni rəqslərin premyeraları və qrupa yeni gələnlərin debütü təqdim olunub.

Gecənin fəxri qonağı Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Rəqs Ansamblının xoreoqrafı Xanlar Bəşirov olub.

Xatırladaq ki, Xanlar məllim “Odlar Yurdu” ansamblının dostudur və onun tələbələri bu gün ansamblda aparıcı yerdə dayanır.

Təəccüblü deyil ki, həmin axşam “Gənclik” rəqsini ifa edən Azərbaycan rəqs ustasını tamaşaçılar ayağa qalxıb salamlayıblar.

Belə axşamların yaxşı ənənəsi Krasnoyarsk diyarının Mədəniyyət Nazirliyi adından solistlərə və ansamblın rəhbərliyinə təşəkkür və diplomların təqdim edilməsi olaraq qalır. Bu, Azərbaycan diasporunun Sibirin mədəni həyatına verdiyi töhfəni təsdiqləyir.

Xatırladaq ki, “Odlar yurdu” ansambl 2007-ci ildə Səadət və Ələkbər Qarayevlər tərəfindən yaradılıb. Bütün bu illər ərzində Sibir üçün unikal olan bu ansambl Aqil Cəfərovun bədii rəhbərliyi ilə inkişaf edir və nailiyyətlərini artırır.

“Odlar Yurdu” yaradıcı kollektivi 15 ildən artıqdır ki, Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin dəstəyi ilə ümumrusiya və beynəlxalq müsabiqə və festivallarda Azərbaycan mədəniyyətini qürurla nümayiş etdirir. Xidmətlərinə görə nüfuzlu peşəkar mükafatlara layiq görülən “Odlar Yurdu” ansamblı Azərbaycanın xaricdə rəsmi “Xalq” adını almış ilk və yeganə yaradıcı kollektividir.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki