image-2000x150
image-wrjtt9q69kubackend

Krasnoyarskda Xocalı faciəsinin 32-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib

image-768x150

Fevralın 26-da Krasnoyarskda Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbir Krasnoyarsk diyarının “Azərbaycan milli-mədəni muxtariyyəti” ilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) Krasnoyarsk şobəsi tərəfindən birgə təşkil edilib. Tədbirdə digər vilayətlərdə yaşayan soydaşlarımız, eləcə də dövlət rəsmiləri də iştirak ediblər.

Anım mərasimində öncə Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad olunub. Sonra Krasnoyarsk diyarının “Azərbaycan milli-mədəni muxtariyyəti”nin dini məsələlər üzrə rəhbəri Hacı Mütəllib, sədr müavini Azər Mustafayev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) Krasnoyarsk şobəsinin müdiri Aqil Cəəfərov çıxış ediblər.

Bütün çıxış edənlər Xocalı soyqırımını törədənləri qınayıblar və beynəlxalq birliyin bu faciəyə hüquqi-siyasi qiymət verməsini tələb ediblər. Qeyd olunub ki, bu kimi qeyri-insani cinayətlərin qarşısı alınmalıdır.

Qeyd etmək yerinə düşər ki, faciənin uzun tarixə malik olmasına baxmayaraq, bugünkü gənclər öz xalqının yaddaşına və tarixinə xüsusi önəm verirlər ki, bu da gecədə gənc fəalların çoxsaylı nümayəndələrinin iştirakı ilə təsdiqlənir.

Görüş Qurani-Kərimdən dua (surə) oxunması və  ehsanla başa çatıb.

image-orvfivftyqm

image-siiepokunao

image-tki0x7xble0

 

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki