23-24 dekabrda Moskva şəhərində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) ilin yekun konfransı keçirilib.
Konfransda Rusiyanın 25-dən çox regionundan nümayəndələr iştirak edib. Tədbirin proqramına konsert proqramı və ən fəal regionların, ali məktəblərin, könüllülərin və tələbələrin mükafatlandırılması daxil idi.
Bu konfrans çərçivəsində AMOR-un Krasnoyarsk nümayəndəliyi “İlin ən fəal regionu” nominasiyasında mükafata layiq görülüb. Sertifikat Krasnoyarsk nümayəndəliyinin sədri Aqil Cəfərova AMOR-un sədri Ceyhun Hüseynov tərəfindən təqdim edilib.
“Bu mükafat çox şərəflidir, çünki o, Krasnoyarsk bölgəsində Azərbaycan milli-mədəni adət-ənənələrinin inkişafında gənclər birliyinin illər ərzindəki fəaliyyətinin nəticəsidir. İllik işimizdə iştirak edən hər kəsə təşəkkür edirik. Bu mükafat bizim ümumi nailiyyətimizdir”, – deyə Aqil Cəfərov bildirib.