image-2000x150
image-img_20230222_114524backend

Krasnoyarskdakı soydaşlarımız Türkiyə və Suriyada baş vermiş zəlzələdən əziyyət çəkənlərlə yardım kampaniyasını başa çatdırıb

image-768x150

Rusiya Federasiyasının Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı tərəfindən Türkiyə və Suriyada baş vermiş zəlzələdən əziyyət çəkənlərlə əlaqədar yardım kampaniyasını başa çatdırıb. Ən qısa müddətdə birgə səylə 2 milyon 360 min rubl toplanıb. Krasnoyarsk diyarının “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının hesablaşma hesabından Türkiyə Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin hesabına – 2 000 000 rubl, həmçinin Suriya Ərəb Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin hesabına 360.000 rubl köçürülüb.

Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri Teleh Mahmudov kampaniyada iştirak edən soydaşlarımıza təşəkkür edib: “Bir daha bu kampaniyaya töhfə verən hər kəsə səmimi qəlbdən təşəkkür edirik! Bütün xəsarət alanların tezliklə sağalmasını Allahdan diləyir, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki