image-2000x150
image-16-55-05-16738679563518155481_367x266backend

Küveyt və Ərəb Elektron Media Birlikləri azərbaycanlı ekoloqların etiraz aksiyası ilə bağlı bəyanat yayıb

image-768x150

Küveyt və Ərəb Elektron Media Birliklərinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağ azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyasına dair bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Feysəl Xəlifə Əl-Savvağ Azərbaycan, Ermənistan və Rusiyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına zidd olaraq, Ermənistanın Azərbaycan ərazisinin Qarabağ regionundakı təbii sərvətlərini qeyri-qanuni istismarını pisləyib. O vurğulayıb ki, əlaqəli ekoloji standartlara riayət etmədən mədən yataqlarının istismarı beynəlxalq hüquq və Azərbaycanın qanunvericiliyinə əsasən qeyri-qanunidir.
Bəyanatda deyilir: “Birliyin Şurası iki ölkə arasında bütün mübahisəli məsələləri ümumi mənafeyə xidmət edən dialoq yolu ilə güc və silah istifadə etmədən həll etməyə çağırır və Azərbaycan Respublikasının mövqelərin yaxınlaşdırılması və öz ərazilərinin qorunmasının sülh yolu ilə nizama salınması istiqamətində səylərini yüksək qiymətləndirir. Bu xüsusda, Ərəb Elektron Media Birliyi Şurası İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 2022-ci il 22-23 mart tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməyə istinad edərək, qarşılıqlı tanınmaya, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin daha da normallaşdırılmasına çağırır”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki