Rusiya Federasiyasının Maqadan vilayəti hökumətinin daxili və informasiya siyasəti departamentinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Zayçev Nikolay Nikolayeviç Maqadan vilayətinin “Birlik” Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramil Rəhimovu Novruz bayramı münasibətilə təbrik edib.
Diaspornews.az xəbər verir ki, təbrik məktubunda bildirilib:
“Sizi gözəl Novruz bayramı münasibətilə təbrik edirəm! Adı “yeni gün” kimi tərcümə olunan bu qədim bayram təbiətin oyanışını, dirçəlişi və işığın təntənəsini simvolizə edir, gündüz bərabərliyi gününə təsadüf edir.
Gözəl bir ənənəyə görə, Novruz günlərində giley-güzar, mübahisə unudulur, insanlar xeyirxah işlər görür, sevdiklərini sevindirir. Bu bayram bizə dostluğun, böyüklərə hörmətin, bir-birimizə dəstəyin vacibliyini xatırladır.
Bahar təbiətə yenilik gətirdiyi kimi, bu bayram da qəlblərimizi hərarətlə, ümidlə, işıqlı gələcəyə inamla doldurur, adət-ənənələrə dəyər verməyi, mədəni irsi qorumağı, sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrədir.
Qoy, evləriniz xoşbəxtlik, harmoniya və firavanlıqla dolsun, ailələriniz möhkəm olsun, övladlarınız sevgi və qarşılıqlı anlaşma şəraitində böyüsün!”
Yeri gəlmişkən, Maqadan vilayətinin “Birlik” Azərbaycan diasporu ictimai təşkilatının ofisində Novruz bayramı qeyd olunub.