Sonra Media Tədris Mərkəzinin təsisçisi və direktoru, Bugün TV Media Qurumunun rəhbəri, Nurlu Sabah Gənclərə Qayğı İctimai Birliyinin həmtəsisçisi Elnarə Dərziyeva çıxış edib. Jurnalistlərə peşə fəaliyyətində uğurlar diləyib.
149 illik yaşı olan Milli Mətbuatımızın dünəni və bugününə nəzər salan Əməkdar jurnalist, hazırkı dövürdə sosial medianın həyatımızdakı roluna diqqət çəkib. Gəncləri texnologiyanın sürətli inkişafından düzgün bəhrələnməyə çağırıb.
50-də artıq gəncin iştirak etdiyi tədbirdə
tanınmış televiziyaçı, Nurlu Sabah Gənclərə Qayğı İctimai Birliyini həmtəsisçisi Minarə Murad “Milli Mətbuatımızın dünəni və bugünü”ndən,
teleaparıcı, Əməkdar jurnalist Mətanət Ağamirli “Gənclərin medianın inkişafındakı rolu”ndan,
Mətbuat Şurasının üzvü, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Media qanunvericiliyi” haqqında,
sosioloq, araşdırmaçı jurnalist Elçin Bayramlı “Sosial media və gənclər”,
Editor.az informasiya agentliyinin rəhbəri, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı “İnformasiya müharibəsində gənclərin rolu”ndan daha ətraflı danışıb.
Ümumilikdə, spikerlər jurnalistika sahəsi ilə maraqlanan gəncləri maarifləndirməyə, məlumatlandırmağa çalışıblar.
Tədbirdə həmçinin dəvətli qonaqlar da çıxış edib. Odlar Yurdu Təşkilatının icraçı direktoru, motivator Nərmin Daşdəmirbəyli gələcəyin gənclərdən asılı olduğunu bildirib. İstənilən sahədə uğur qazanmaq üçün yorulmadan, israrla çalışmağın önəmli olduğunu vurğulayıb, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Digər motivator, təlimçi konsultant, 5 kitab müəllifi Arzu Qafarlı da çıxış edərək, “5İ Uğur düsturu” adlı kitabında yazdığı və gənclər üçün vacib olan məqamlara diqqət çəkib. 5İ – İnam, İstək, İnad, İnkişaf və İnnovasiya kimi xüsusiyyətlərlə irəliləməyi gənclərə tövsiyə edib.
Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova çıxış edərək, Milli Mətbuatın 149 illiyi münasibəti ilə media nümayəndələrini və jurnalistika sahəsinə marağı olan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları, spikerlər və gənclər xatirə fotoları çəkdiriblər.