image-2000x150
image-8089396d-5de8-482e-9897-60c4bdd9837fbackend

Monteneqro mediası ermənilərin Ağdamı Xirosimaya çevirməsindən yazıb

image-768x150

Monteneqronun  “Madeinmontenegro.com” və “Crnogorskiportal.me” saytlarında “Ermənilərin Xirosimaya çevirdiyi Ağdam” sərlövhəli məqalə dərc olunub. “Diaspornews.az” xəbər verir ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

Məqalə işğal zamanı Ağdam rayonunun Ermənistanın vandallığına məruz qalmasından bəhs edir: “Ağdamın işaldan azad olunan ərazilərini hissiz, həyacansız gəzmək olmur. Ermənilər sanki azərbaycanlılar olan düşmənçiliklərinin acısını təbiətdən çıxıblar. Ağdamda bu mənzərəni görən əcnəbilər də öz həyacanlarını gizlədə bimirlər. Ona görə də haqlı olaraq xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosima”sı adlandırıblar”.

Yazıda Ağdamdakı bu acınacaqlı vəziyyətlə bağlı müxtəlif ölkələrin media orqanlarının reportaj və məqalələr hazırladığı qeyd olunur. Bildirilir ki, işğaldan azad olunmuş bütün rayonlarda ermənilər məzar daşlarına qarşı da vandalıq ediblər: “Ermənilər bu kimi mənəviyyatsızlığı Ağdam Şəhidlər xiyabanında da ediblər. Onlar Ağdamda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun (1946-1992) da məzarını dağıdıblar”.

Yazıda həmçinin Niderland Krallığında yaşayan şəhid bacısı İlkanə Qocanın 28 ildən sonra doğulub böyüdüyü Ağdam rayonuna səfəri, keçirdiyi stress və burada öz evlərini tapa bilməməsidən danışılır.

Məqalə ilə ətraflı aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://madeinmontenegro.com/agdam-koga-su-jermeni-pretvorili-u-hirosimu/

 https://crnogorskiportal.me/sadrzaj/7967

image-27926704-ff5e-43b7-83a2-060bc86e4956

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki