image-2000x150
image-c7ad2e82-869d-4cfc-8a42-0c16fae48c99backend

Murmanskda müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq tədbir keçirilib

image-768x150

Ötən gün Rusiya Federasiyasının Murmansk şəhərində Tatarıstan Mədəniyyət Mərkəzi “Yaktaş” tərəfindən müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbirə Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədr müavini Mehdi Fəyyazlı, “Özbəkistan Mədəniyyət Mərkəzi”nin sədri Fəridə xanım və digərləri dəvət edilmişlər. Tədbirdə Murmansk Vilayəti “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Mehdi Fəyyazlı Tatarıstan və Azərbaycan xalqlarının eyni kökdən gəlməsi, türk soyuna mənsub olması barədə ətraflı məlumat vermişdir. Həmçinin bütün müsəlmanları qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmişdir.

image-63a240a5-112f-47c3-886e-a255806817e4

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki