image-2000x150
image-35eedf5b-df4c-4922-a408-eecffd0e9447backend

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

image-768x150

9 may – faşizm üzərində Qələbə Günü münasibətilə Rusiya Federasiyasının Murmansk şəhərində “Berlinə gedən yol” adlı tədbir keçirilmişdir. Tədbirdə Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədr müavini Mehdi Fəyyazlı çıxış etmişdir. Böyük Vətən müharibəsi iştirakçısı, müharibə veteranı – FƏRƏCOV FƏYYAZ QASIM OĞLU haqqında ətraflı məlumat vermişdir. Sonda Azərbaycanın dahi şairi – Səməd Vurğunun Azərbaycan şeirini səsləndirmişdir və qonaqları bu şanlı Qələbə günü münasibətilə səmimi qəlbdən təbrik etmişdir. Mehdi Fəyyazlı buna görə diplomla təltif edilmişdir.

Mehdi Fəyyazlı bildirmişdir ki, artıq 79 ildir ki, 9 may – faşizm üzərində Qələbə Günü təntənəli surətdə qeyd olunur: “Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycan vətəndaşları orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur”.

image-3fea029c-f5f0-4fa0-ac7a-b65567b760ea

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki