image-2000x150
image-7972b3df-d9f0-4ce8-9b67-2e371cbe1cfcbackend

Naberejnıye Çelnı şəhərindəki soyadaşlarımız Prezident İlham Əliyevi təbrik ediblər

image-768x150

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərindəki soyadaşlarımız Prezident İlham Əliyevi 7 fevral seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik ediblər.

Naberejnıye Çelnı şəhərindəki “Xarı-Bülbül” Azərbaycan Milli-mədəni muxtariyyətin sədri İsfəndiyar Əhmədov adından Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunda bildirilib: “Sizi Azərbaycan Respublikası Prezidentinin seçkilərində qələbəniz münasibətilə Tatarıstanın Naberejnıe Çelnı şəhərində fəaliyyət göstərən “Xarı-Bülbül” Azərbaycan Milli-mədəni muxtariyyətinin yerli təşkilatının üzvləri adından səmimi qəlbdən təbrik edirəm.

Bu seçkilərin nəticələri Sizin xalqın arasında danılmaz nüfuzunuzdan, ölkə vətəndaşlarının rəhbərliyiniz altında fəal işləməyə və strateji sosial-iqtisadi problemləri həll etməyə hazır olduğundan xəbər verir!

Sizə möhkəm cansağlığı, yüksək dövlət vəzifələrinizdə yeni uğurlar arzulayır, rəhbərliyinizlə xalqımıza rifah və firavanlıq arzulayıram. Siz Azərbaycan və Azərbaycan xalqı üçün layiqli gələcəyə inam yaradırsınız!”

image-qegsga

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki