image-2000x150
image-f598a3ea-7b4a-4ef0-9030-ef4f85b6672abackend

Niderlandda Polad Həşimova həsr olunan “Əfsanəvi general” kitabının təqdimat mərasimi keçirilib

image-768x150

image-61c9182c-10b1-481f-b9ff-e8c32a11ddbc

Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin dəstəyi ilə Rotterdam şəhərində yaşayan şairə Yasəmən Qaranın şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimova həsr etdiyi “ƏFSANƏVİ GENERAL” adlı kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin birinci katibi Vüsal İbrahimov, Niderlandda fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilat rəhbərləri və media nümayəndələri, şairlər, Niderlandda yaşayan həmvətənlərimiz iştirak etdilər. Bu haqda saytımıza  “Ana Vətən”nin mətbuat xidmətindən məlumat verilib.

image-ee9f4924-46ee-4425-9346-be8ca324c33d

Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi. Daha sonra tədbiri giriş sözü ilə açan təşkilatçı “Ana Vətən” Avropa azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva gələn qonaqları salamlayaraq Polad Həşimova həsr edilmiş kitabın Niderlandda təqdimat mərasimini təşkil etdiyi üçün çox qürurlu olduğunu bildirdi.

image-5e69c800-6f04-4407-a6fe-3d97b619429d

Daha sonra kitabın müəllifi Yasəmən Qara qonaqlara bu kitabı yazarkən keçirdiyi hisslərdən danışdı və kitabın adını niyə məhz “Əfsanəvi General” qoyduğuna diqqət çəkdi. Tədbirdə iştirak edən qonaqlardan BAK –ın sədri Elsevər Məmmədov və onun müavini Sima Cəfərova, Beynəlxalq qadınlar Klubunun sədri Kəmalə Cəlilova, Azerbaycan – Niderland Odlar Yurdu Cəmiyyətinin üzvü Nemətağa Əliyev də çıxışları zamanı şairə xanım haqqında öz ürək sözlərini deyərkən Yasəmən Qaranıın diaspora fəaliyyətinə də nəzər saldılıar.Daha sonra Türk qardaşlarımız Tahsin Çetinkaya, Remzi Kabadayı, Haluk Baştımar, Ümit Akbulu da çıxışları zamanı 44 gün Qarabag müharibəsində keçirdikləri hisslərdən danışanda göz yaşlarını saxlaya bilmədilər onlar Milli Qəhrəman generalmız Polad Həşimovun əziz xatirəsini hörmət ilə andılar.

Qəhrəman generalımız Polad Həşimova həsr edilmiş kitabın təqdimat gecəsində qəhrəmanımızın anası Səmayə xanımın da video vasitəsi ilə dediyi ürək sözləri, oğlu haqqında danışması, xaricdə yaşayan soydaşlarımıza verdiyi xeyir-duası və xoş arzuları hər kəsi kövrəltdi.

Şəhid Elman Əliyevin anası da video görüntü vasitəsi ilə Yasəmən xanımı təbrik etdi və soydaşlarımıza ürək sözlərini dedi.

Musiqili şeirli tədbir Yasəmən xanımın dostlarının onun yazdığı şeirlərdən ibarət təbrik çıxışları ilə davam etdi.

image-cb99c430-2531-47dd-8ed3-63f9695bbe70

Tədbirə musiqili qonaqlar Opera ve Balet Teatrının solisti, səhnəmizin Leylisi olmuş, I Muğam Televiziya Müsabiqəsinin laureatı Vusalə Cabir, Tar ifaçısı Cavid Səlimov, Respublikanın Əməkdar Artisti, kamança ustası Xəyyam Məmmədov, piano ifacısı İlkin Əlizadə və Bəxtiyar Eybaliev gözəl ifaları ilə rəng qatdılar .

Xanəndə Vüsalə Cabirin muğam ifalarında Yasəmən xanımın şeirlərindən isifade etməsi və məlahətli səsi qürbətdə yaşayan azərbaycanlılarımıza xüsusi zövq verdi. “Ana Vətən” Avropa azərbaycanlı Qadınlar birliyinin rəhbəri Mayisə Ağamirzəyeva Polad Həşimovun adını kitabı ilə əbədiləşdirən şairəmizə təşkilatı adından təşəkkür edərək ona qələm hədiyyə etdi. Azərbaycandan və Almaniyadan gələn musiqiçilər də tədbirin təşkilatçısı Ana Vətən Avropa azərbaycanlı Qadınlar birliyi tərəfindən təltif edildilər.

image-eb1520b8-7bad-4b69-9d65-07e90a693649

image-9a50be09-6a0d-4c7f-9c78-0d293e5fdec3

image-d6ed2773-fc8b-499d-a93c-faa0ca9597cf

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki