image-2000x150
image-received_497573521924984backend

Niderlandda Xocalı soyqırımına dair sayt fəaliyyətə başlayıb

image-768x150

Niderlandda Xocalı soyqırımına dair sayt açılıb. Bu barədə “Diaspornews.az”a Niderland Krallığında yaşayan azərbaycanlı psixoterapevt, Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri İlkanə Qoca məlumat verib.
O qeyd edir ki, saytda Xocalı faciəsini yaşamış şahidlərin Niderland dilində hekayələri dərc ediləcək: “Hələlik Niderland dilindədir. İnşallah bu materiallar gələcəkdə digər dillərdə də tərcümə olunacaq. Daha sonra isə sayt vasitəsi ilə Xocalıya aid başqa materiallar tərcümə edilib oxuculara çatdırılacaq. Saytda həm də “Xocalı şahidləri danışır” kitabı müvəqqəti olaraq ödənişsiz yükləyə biləcəklər.
Bu saytın qurulmasında, hekayələrin toplanmasında rolu olan hər bir kəsə, başda İradə Əlili olmaqla, bütün Azərbaycanla bağlı fəaliyyətimdə mənə dəstək olan həyat yoldaşım Robert van den Bergə təşəkkür edirəm. Həmçinin mənə texniki cəhətdən yardım edən Azərbaycan icmasının Niderlandda yaşayan üzvləri və eləcə də Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndirilərindən biri Şamil Mustafayevin də əməyini qeyd etmək istərdim. Bu məsələdə mənə dəstək verən hər kəsə təşəkkür edirəm”.

Oxucular saytla aşağıdakı linklə tanış ola bilərlər:

https://justiceforkhojaly.nl/

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki