Bu gün Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədovun doğum günüdür. Xatırladaq ki, Elsevər Məmmədov 1974-cü il avqustun 24-də Gəncə şəhərindən anadan olub. 3-cü sinifə kimi Gəncə şəhər 19 nömrəli məktəbdə oxuyub. Daha sonra ailəsi birlikdə Rusiyanın Həştərxan şəhərinə köçüb. Elsevər Məmmədov könüllü olaraq, 1992-1994-cü illərdə Qarabağ müharibəsində iştirak edib və erməni işğalçılarına qarşı gedən döyüşlərdə ağır yaralanaraq 2-ci qrup müharibə əlili olub. 25 ildən artıqdır ki, Niderlandda yaşayır. Ailəlidir, 3 övladı var.
2000-ci ildən aktiv diaspor fəaliyyəti ilə məşğuldur. 2005-ci ildə Azərbaycan-Niderland Həmrəylik Cəmiyyətini təsis edib. 2006-cı ildə Beniluks Azərbaycanlıları Konqresinin təsisçilərindən biri olub. Niderland Krallığında Azərbaycan həqiqətlərinin tanıtm və təbliğ olunması ilə bağlı saysız tədbirlərin təşkilatısı olub.
2 iyun 2016-cı ildə Azərbaycan Prezidenti tərəfindən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2021-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD)İdarə Heyətinin qərarı ilə Elsevər Məmmədov Azərbaycan həqiqətlərini Niderland Krallığında təbliğ etməsi, diaspor sahəsində səmərəli fəaliyyəti və 50 illik yubileyi münasibətilə FƏXRİ FƏRMAN-la təltif olunub.
DFJD və “Diaspornews.az” olaraq Elsevır Məmmədov doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik!