image-2000x150
image-bosniya1backend

“Nova-zora.com”: “Ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin”

image-768x150

Bosniya və Herseqovinanın “Nova-zora.com” portalında “Azərbaycanla Bosniya və Herseqovina Xocalı və Srebrenitsa soyqırımılarının beynəlxalq arenda təbliğində birləşiblər” sərlövhəli məqalə dərc olunub. Diaspornews.az xəbər verir ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

image-img_20220316_082237

 

Məqalədə Avropa ölkəsi olan Bosniya və Herseqovina ilə Azərbaycanın diplomatik münasibətlər qurulmasının tarixi haqda məlumat verilir və qeyd olunur ki, Bosniya və Herseqovina Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini və bu problemə dair beynəlxalq təşkilatların qətnamə və qərarlarını hər zaman dəstəkləyib.

Yazıda Xocalı və Srebrenitsa faciələri baxımıdan Azərbaycan və Bosniya xalqlarının oxşar acı taleləri yaşadıqları vurğulanır.

image-img_20220316_082215

Məqalədə Xocalı soyqırımının 30-cu ildönümü günlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələrinin Azərbaycana səfəri, keçirdikləri görşülər, Xocalı faciəsi ilə əlaqədar qatıldıqları tədbirlər haqda da danışılır.

Yazıda qeyd edilir ki, Srebrenitsa analar cəmiyyəti və Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT birlikdə beynəlxalq təşkilatlara müraciət qəbul ediblər.

“30 il əvvəl baş verən Xocalı soyqırımı və 25 il əvvəl baş verən Srebrenitsa soyqırımı dünya tarixinin ən qanlı və yaddaşlardan silinməyən səhifələrindəndir. Biz azərbaycanlı şəhid ailələri, Xocalı soyqırımının şahidləri və Srebrenitsa faciəsinin şahidləri olaraq humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan və dövlətlərdən tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin”,-deyə yazıda bildirlib.

image-img_20220316_082303

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://nova-zora.com/azerbejdzan-i-bosna-i-hercegovina-ujedinjeni-u-promociji-genocida-u-hodzaliju-i-srebrenici/?fbclid=IwAR3SxbypJjfQW_TrgHCZ4qO8_ADCrUuz5YXQsNAGYqS2ItUkow1DnK9hYs4

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki