Sentyabrın 8-də Rusiyanın Krasnoyarsk diyarı administrasiyasının böyük zalında mədəniyyət işçilərinin mükafatlandırılması mərasimi keçirilib. Diaspornews.az xəbər veriri ki, Krasnoyarsk diyarının mədəniyyət naziri Arkadi Zinov qubernator Mixail Kotyukovun adından mədəniyyət sahəsinin ən yaxşı nümayəndələrinə layiqli mükafatlar təqdim edib.
Xatırladaq ki, İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi şərəfinə tədbirlərin hazırlanmasında və keçirilməsində fəal iştirakına görə “Odlar Yurdu” ansamblının bədii rəhbəri Aqil Cəfərova ansambl adına təşəkkürnamə təqdim olunub.