image-2000x150
image-img_4776backend

Orenburqda “Poeziya xəzinəsi: Füzuli irsi ilə dialoq” beynəlxalq bədii qiraət müsabiqəsi davam edir

image-768x150

Yaşar Məsimov: “Hər kəsi Füzulinin zəngin irsi ətrafında poeziyasevərləri birləşdirəcək unikal və canlı tədbirdə fəal iştirak etməyə dəvət etməkdən məmnunuq”

image-j1neo9akjh5bwpzr5ml7b4eoribyyu4w8s9qosdwtglzguzd8jejiffnl0dwjzvmcmtglukvyqainmhnyyhgyav7

Xəbər verildiyi kimi, oktyabrın 15-dən Rusiyanın Orenburq vilayətində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Poeziya xəzinəsi: Füzulinin irsi ilə dialoq” mövzusunda bədii qiraət müsabiqəsinə start verilib. Orenburq vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqə dahi Azərbaycan şairi və mütəfəkkirinin 530 illik yubileyinin qeyd olunması çərçivəsində keçirilir.

Müsabiqədə iştirak edənlər Füzulinin bir əsərindən (əsərdən parça) əzbərlədiyi poetik qiraətdən ibarət videoçarx təqdim etməlidirlər.

Müsabiqədə iştirak edənlər dörd yaş qrupuna bölünürlər: birinci qrupda 7 yaşdan 11 yaşa qədər, ikinci qrupda 12 yaşdan 15 yaşa qədər, üçüncü qrupda 16 yaşdan 19 yaşa qədər, dördüncü qrupda isə 20 yaş və yuxarı orenburqlular iştirak eddirlər.

Müəlliflər 2025-ci il yanvarın 31-dək öz videolarını orijinalda və ya istənilən fayl diskinə köçürməklə təşkilatçının [email protected] ünvanına göndərə bilərlər. Peşəkar münsiflər heyəti hər yaş qrupu üzrə qalibləri müəyyən edəcək, onlar müsabiqənin nəticələrinə əsasən pul mükafatları və diplomlarla təltif olunacaqlar. Müsabiqənin bütün iştirakçıları sertifikatlar alacaqlar.

Müsabiqənin bütün videoları https://vk.com/yashar.masimov75 rəsmi VKontakte səhifəsində yerləşdirilir. Bu platforma müsabiqə iştirakçıları üçün əsərlərinin təqdim olunacağı və “Tamaşaçı Mükafatı” nominasiyası üzrə tamaşaçılardan qiymət ala biləcəkləri əsas platforma olacaq. Bundan əlavə, müsabiqə ilə bağlı bütün xəbərlər və yeniliklər səhifədə dərc olunur.

Orenburq vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Yaşar Məsimov bildirib ki, bu müsabiqdə Şərqin ən görkəmli şairlərindən birinin yaradıcılığını hiss etmək üçün unikal imkan verilir: “Məhəmməd Füzuli zəngin ədəbi irs qoyub getmişdir ki, bu irs bu gün də həm peşəkar yazıçıları, həm də poeziyasevərləri ruhlandırır. Müxtəlif ölkələrdən müsabiqəyə qatılanlar var. Onların çıxışlarını sosial şəbəkələrdə yayımlayırıq.

Müsabiqənin münsiflər heyətinin tərkibinə ədəbiyyat və poeziya sahəsində ekspertlər daxil olacaqlar. Onlar müsabiqə əsərlərini bədii ifa, əsəri dərk etmə dərinliyi və təqdimatın ifadəliliyinə görə qiymətləndirəcəklər. Bu, Füzuli poeziyasını şərhinizə peşəkar qiymət almaq üçün əla fürsətdir.

Bu müsabiqənin keçirilməsi böyük mədəni əhəmiyyətə malikdir, çünki o, böyük Şərq irsinə maraqla birləşən müxtəlif ölkələrin insanları arasında əlaqələrin möhkəmlənməsinə kömək edir. Poeziyasevərləri bir araya gətirməklə müsabiqə mədəniyyətlər arasında körpü ola bilər, iştirakçılara yaradıcı fikir mübadiləsi və bir-birindən öyrənmək imkanı yarada bilər. Müsabiqənin, şübhəsiz ki, qəlbinizdə iz qoyacaq parlaq hadisəyə çevrilməsi üçün hər şeyi edəcəyik.

“Poeziya xəzinəsi: Füzuli irsi ilə dialoq” beynəlxalq şeir müsabiqəsi dahi şairə ehtiram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa doğru bir addımdır. Hər kəsi Füzulinin zəngin irsi ətrafında poeziyasevərləri birləşdirəcək unikal və canlı tədbirdə fəal iştirak etməyə dəvət etməkdən məmnunuq. Yaradıcılıq ilhamınızı paylaşın, mədəni təcrübənizi zənginləşdirin və ölməz ədəbiyyatın səhifələrinə toxunaraq sözlərin gücünü hiss edin”.

 

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki