image-2000x150
image-img-20220221-wa0059backend

Pakistanda Rumıniyanın Avropa İttifaqına daxil olmasının 15 illiyi qeyd olunub

image-768x150

Rumıniyanın Avropa İttifaqına daxil olmasının 15-ci ildönümü ilə əlaqədar 18 fevralda Pakistanın Lahor şəhərindəki Qubernator Evində yubiley tədbiri keçirilib.

“Diaspornews.az” xəbər verir ki, tədbir Lahorda yerləşən Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti Şəhla İsayevanın dəstəyi ilə Rumıniya səfirliyi tərəfindən təşkil olunub.
Tədbirdə Pəncab qubernatoru Çaudri Məhəmməd Sərvər, onun həyat yoldaşı, iş xanımı Pərvin Sərvər və digər Pakistanın nüfuzlu şəxsləri iştirak ediblər.
Rumıniyanın Pakistandakı səfiri Nikolae Qoia çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib: “Avropa İttifaqına daxil olmaq Rumıniya xalqının, siyasi təbəqəsinin və diplomatların birgə səyi nəticəsində baş verdi. Ona görə də Rumıniyanın Aİ-yə mənsubiyyəti verilmiş deyil, ümumi həll yolları, çətin anlarda həmrəylik və Avropa həyat tərzinin, demokratiyanın və qanunun aliliyinin daha da qorunması əsasında qurulur.
Avropa Birliyinə qəbul edildikdən sonra Rumıniyanın bütün Avropa qurumlarında nümayəndələri var və Rumıniya vətəndaşları Avropa vətəndaşlığının verdiyi hüquqlardan yararlanırlar”.

Pəncab qubernatoru Çaudri Məhəmməd Sərvər, Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti Şəhla İsayeva çıxış edərək Rumıniya-Pakiatan dostluğundan, perspektivdə görüləcək işlərdən danışıblar.
Sonda səfir Nikolae Qoia Şəhla İsayevaya Rumıniya-Pakiatan dostluğununun rəmzi olan hədiyə təqdim edib.

image-img-20220221-wa0060

image-img-20220221-wa0045

image-img-20220221-wa0039

image-img-20220221-wa0047

image-img-20220221-wa0052

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki