İdman03.08.2024 - 09:04854Paris-2024: “Azərbaycan Olimpiya Evi”ndə cüdo üzrə Olimpiya çempionlarımızla görüş olubXXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən “Azərbaycan Olimpiya Evi”ndə ölkəmizi sevənlər və idmançılarımızı dəstəkləyən müxtəlif xalqların, beynəlxalq təşkilatların nümayəndələri ilə Azərbaycan cüdo çempionlarımızla görüş təşkil olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Fransadakı səfirimiz Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, Olimpiya və dünya çempionları, bir çox beynəlxalq təşkilatın, müxtəlif ölkələrin rəsmi nümayəndələri, “Paris-2024” Oyunlarında ölkəmizi təmsil edən idmançılar və onların məşqçiləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.Tədbir iştirakçıları XXXIII Yay Olimpiya Oyunlarının çempionları – cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyevi böyük sevinc və alqışlarla qarşılayıblar. Onlar çempionlarımızı qələbələri münasibətilə təbrik ediblər.Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çempionlarımızı təbrik edərək qarşıdan gələn günlərdə daha çox çempionlarımız olacağına inandığını bildirib.MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu gün Azərbaycan Olimpiya Hərəkatında ən əlamətdar gün olduğunu qeyd edib. “Azərbaycan cüdo üzrə ilk dəfədir ki, 2 qızıl medal qazanıb. Ölkəmiz cüdo üzrə 73 kq və 100 kq çəki dərəcələrində həmişə qalib gəlməsi də əlamətdar hadisədir. Əminik ki, bu çəki dərəcələrində Azərbaycan həmişə qızıl medal qazanacaq”, – deyə MOK-un vitse-prezidenti bu çəki dərəcələrinin cüdoçularımız üçün düşərli olduğunu vurğulayıb.Tədbir çərçivəsində “Azərbaycan Olimpiya Evi”nin qonaqlarına ölkəmizin Olimpiya tarixi, mədəniyyəti, eləcə də Olimpiya Oyunlarında iştirak edən idmançılarımızdan bəhs edən nəşrlər nümayiş etdirilib və iştirakçılara hədiyyə olunub.“Azərbaycan Olimpiya Evi”ndə quraşdırılmış monitorlarda Azərbaycan Olimpiya Hərəkatı tarixinə dair film nümayiş olunub.Tədbirin bədii hissəsində müğənni Mərdan Kazımov və qrupu milli musiqi nümunələrimizi təqdim edib. Tədbir iştirakçıları musiqi qrupu ilə birlikdə “Azərbaycan” mahnısı, eləcə də milli musiqilərimizi ifa ediblər.“Azərbaycan Olimpiya Evi” XXXIII Yay Olimpiya Oyunları müddətində fəaliyyət göstərəcək və burada idmançılarımızın qələbələri qeyd olunacaq.Xatırladaq ki, Azərbaycan XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növündə təmsil olunur. Bizim Youtube kanalımıza abunə olun
Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”02.11.2026 - 18:1025
Şolomitski: Lukaşenkonun nüfuzu Afrikada fəaliyyətin böyük nəticələr verməsinə imkan yaradır31.10.2026 - 19:4086
MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb31.10.2026 - 09:2969
XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub18.10.2026 - 12:31220
Misirdə Pakistan səfiri azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirovu təltif edib16.10.2026 - 10:40160
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO09.10.2026 - 22:18125
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”06.10.2026 - 14:08152