image-2000x150
image-2backend

Polşada 50 tələbəyə tam təqaüdlü karyera təliminə satrat verilib

image-768x150

Xəbər verdiyimiz kimi, Polşada həyata keçirilən “Karyera təlimi” adlı layihə çərçivəsində 02.03.2024- 25.03.2024 tarixlərində qeydiyyat aparılmışdır. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlinin verdiyi məlumata görə, layihəyə nəzərdə tutulandan daha çox müraciət daxil olmuşdur: “Təlim 10 ildən artıq maliyyə təcrübəsi olan təlimçi Elçin Eyvazov tərəfindən 01.04.2024 tarixində başlanmışdır. Seçilmiş 50 tələbə ilə ilk dərs günündən olan görüntüləri sizinlə bölüşürük. Qeyd edək ki, 25 nəfər online, 25 nəfər Azərbaycan Evində təlimə davam edəcək”.

Xatırladaq ki, layihə Polşanın paytaxtı Varşava şəhərində yerləşən Azərbaycan Evinin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və İnterstudy Academy of Finance-in maliyyə təlimçiləri tərəfindən həyata keçirilir.

image-1 image-3

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki