Biz Polşanın Boleslavets şəhərində Sovet İttifaqı Qəhrəmanlarının məzarlarının yanında olmaqla bütün xalqlara, xüsusilə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Belarus, Moldova xalqlarına əsgərlərin xatirəsi ətrafında birləşmək və gələcək nəsilləri məhv olmaqdan xilas etmək naminə müraciət edirik.
Bizim vəzifəmiz hər kəsi xalqların azadlığı və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş əsgərlərin xatirəsini ehtiramla yad etməyə, əziz tutmağa, keçmişlə bağlı həqiqətlərin təhrif edilməsinə yol verməməyə, faşizmin dirçəlişinin qarşısını almağa çağırmaqdır.
Və Verdiyev Əvəz Həşim oğlu kimi gözəl şəxsiyyət yetişdirmiş Azərbaycan xalqına xüsusi təşəkkür edir! O, Polşa və onun müstəqilliyi, eləcə də bütün Avropa, Asiya və Qafqaz xalqlarının nasizmdən azad edilməsi üçün tərəddüd etmədən canını verdi!!!
Baş serjant, qvardiyaçı Verdiyev ölkəsinin taleyini tam bölüşdü! Fin müharibəsin iştirak etdkdən sonra 1940-cı ildə Bakıya öz maşınqayırma zavoduna qayıtdı, lakin Böyük Vətən Müharibəsi başladı və o, vətən uğrunda vuruşmağa getdi – bir çox cəbhələrdə, Lvovda faşistlərlə döyüşlərdə iştirak etdi. Sandrmir və Berlin hücum əməliyyatlarına qatıldı! O, Qərbi Ukraynanı və Polşanı işğalçılardan azad etdi və tankla Staszow şəhərinə soxulan və bələdiyyə binasının üzərində Bayraq qaldıran ilklərdən oldu! Berlin hücumu zamanı ağır yaralandı və faşistlərin təslim olmasına bir həftə qalmış aldığı yaralardan öldü!
Qardaş Azərbaycanlılar! Biz Verdiyev Əvəzin vətənini, Bakı şəhəri və Boleslavets şəhərini qardaşlaşmasını təklif edirik – bu qəhrəmanın Yer üzündə, insan qəlbindən canlı abidəsi yaratmaq üçün!
Boleslavets ətrafında birləşərək, Berlin və Nyu-Yorka gedən gələcək yolumuz, burada BMT-yə Bütün Millətlərin və Dövlət Yurisdiksiyalarının Azad edən Əsgərlərin Abidələrinin və Qəbirlərinin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanı təqdim edirik!
Böyük Vətən Müharibəsi qəhrəmanlarına əbədi xatirə və minnətdarlıq!!!
Qəhrəmanlıq yurdu – Qəhrəmanın Vətəni!