image-2000x150
image-1729674914_8349370401bcf1eea77684167599f54abackend

 “Prezident İlham Əliyevə Kazanda xüsusi diqqətin göstərilməsi hər bir soydaşımızı qürurlandırıb”

image-768x150

Ramiz Məmmədov: “Bizim üçün ən sevindirici hal Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməsi oldu”

Xəbər verildiyi kimi, oktyabrın 23-də Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iştirak etmək üçün RF Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Dövlətimizin başçısının belə bir mötəbər tədbirdə iştirak etməsi üçün Kazanda olması Tatarıstandakı diasporumuz tərəfindən də çox böyük sevinclə qarşılanıb. Bununla bağlı Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri, yerli bələdiyyə dairəsinin deputatı Ramiz Məmmədov öz fikirlərini “Diaspornews.az”a açıqlayıb.

image-6067f8fa-8ddb-4422-87f1-c75707db013a

Ramiz Məmmədov bildirib ki, Prezident İlham Əliyevə Kazanda xüsusi diqqətin göstərilməsi hər bir soydaşımızı qürurlandırıb: “Biz bu diqqəti hələ ilk olaraq cənab Prezidentin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlərin müşayiət etməsi və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun şəxsən onu qarşılamasında gördük. Prezident İlham Əliyev Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovla görüşdə özünün dediyi kimi qardaş torpağa qonaq gəlib. Bizim üçün ən sevindirici hal Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməsi oldu. Bu, cənab Prezidentin Azərbaycan ilə Tatarıstan arasında münasibətlərin inkişafına, dostluq və qardaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəsinin ali dərəcədə qiymətləndirilməsidir”.

Kazanda keçirilən BRICS sammiti haqqında da danışan Ramiz Məmmədov bu tədbirin qlobal əhəmiyyətini vurğulayıb: “Kazandakı BRICS sammitində Rusiyanın ən yaxın qonşuları və dost ölkələri iştirak edirdi. Məqsəd onları vahid təşkilatda bir araya gətirməkdir. Sammitdə dünya ictimaiyyətini ən çox narahat edən məsələlərə baxıldı. Bura davamlı inkişaf, yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyinə uyğunlaşma, texnologiya və bilik mübadiləsi, terrorizm və transsərhəd cinayətlərlə mübarizə daxildir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dediyi kimi, BRICS üzvləri üçün bütün bu mövzuları Qlobal Cənub və Şərq ölkələrinin həmfikirləri ilə müzakirə etmək çox önəmlidir. Azərbaycan da BRICS çərçivəsində müzakirə edilmiş qeyd olunan mövzulara qlobal olaraq daima öz töhfəsini verir. Prezident İlham Əliyev sammitin ilk plenar icalasında çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu deyərək mövqeyini bildirib. İnanırıq ki, bu sammitin regional və qlobal gündəmdəki aktual problemlərin həllinə mühüm töhfəsi olacaq. BRICS -in nüfuzu və rolu ildən-ilə artmaqdadır. Burada dövlətlərin qarşılıqlı hörmət və bir-birinin maraqları mütləq şəkildə nəzərə alınır. Sammitdə də dövlət rəsmiləri işçi forumlarda fəal iştirak edib, faydalı təşəbbüslər irəli sürüblər. Bu baxımdan Kazan sammit uğurla yekunlaşıb. Bunu aparılan müzakirələrin sonunda BRICS Kazan Bəyannaməsinin təsdiq edilməsi bir daha göstərir”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki