Noyabrın 8-də Stavropol vilayətinin Pyatiqorsk şəhərində Zəfər bayramı qeyd edilib. “Diaspornews.az” xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyəti təşkilatının Pyatiqorsk şəhəri üzrə sədr əvəzedicisi Osmanov Mübariz açıq elan edib. Çıxış etmək üçün söz Cəmiyyətinin müavinləri İsmayılov Cavanşir və Süleymanov İlqara verilib. Onlar da bu bayram münasibəti ilə hər kəsi təbrik ediblər. Çıxış edənlərdən, İdarə heyətinin üzvülərindən olan Qurbanov Ramil və Məmmədov Siyavuş da Zəfər Günündən danışıblar. “Xarı bülbüllər” ansambılı çox rəngarəng çıxışları ilə hər kəsi sevindiriblər. Ansamblın həmin gün həm də 1 illiyi qeyd olunub. Hər kəs bu balaca balalarımızı təbrik ediblər. Xəlilzadə Betül Sarif qızı Dünya Azərbaycanlıları Qadınları təşkilatı tərəfindən Fərqlənmə Diplomu ilə təltif olunub. Tədbirin bu cür rəngarəng keçməsində “Araz”ın qadınlar şöbəsinin sədri Zeynalova Sünbül, müavinləri Qurbanova Ülkər və Cəfərova Nüranə, aktivləri Əliyeva Elza, Məmmədova Esmira, Zeynalabiyeva Şəfayət, Fərəcova Məhbubə, Əliyeva Elnarə, Ağayeva Validə, Abbasova Arzu, İbadova Xəyalə və Qəmbərova İlhamə çox böyük rolu var. “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri Təhmasib Zeynalov onların hər birinə təşəkkür edib: “Cəmiyyətimiz tərəfindən balaca artistlərimizə hədiyyə olaraq şəhərin kino teatrına biletlər verildi. Zəfər bayramı üçün yeni formalar tikilmişdi. Doğurdan da çox böyük əmək sərf edilib. Tədbir Cəmiyyətimizin öz zalında keçirilib. Azərbaycan evini bizə bu fəaliyyətimizə görə Rusiya dövləti bizə təmənnasız verib. Buna görə də şəhər rəhbərliyinə təşəkkür edirəm. Hər kəsin bayramını təbrik edirəm. Uğurlarımız çox olsun. Bu bayramı bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə isə Allah cansağlığı versin”.