image-2000x150
image-fb_img_1652674002189backend

Pyatiqorskda keçirilən nərd turnirində azərbaycanlıların komandası finalda erməniləri məğlub edib

image-768x150

Təhmasib Zeynalov: “Bir daha sübut etdik ki, nərd azərbaycanlıların oyunudur”

Ötən gün Rusiya Federasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərində nərd yarışması keçirilib. Diaspornews.az xəbər verir ki, yarışda 12 komanda (hərəsində 3 nəfər olmaqla) arasında keçirilib. Şəhər duması, şəhər administrasiyası, eləcə də tatar, koreya, yunan, yəhudi, erməni və digər xalqların icmalarından ibarət Pyatiqorsk komandası, Pyatiorsk nərd federasiyası “Aysberq” komandsı və Azərbaycan cəmiyyəti və s. yarışda iştirak edib.
Azərbaycan cəmiyyətini komanda olaraq
“Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov, cəmiyyətin üzvüləri; Asif Məmmədov, Cəlal Şəfiyev və Elşən Axundov təmsil edib. Turnir başlamazdan əvvəl Təhmasib Zeynalov şəhərin başçısı Dmitri Voroşilovla dostluq oyunu oynayıb. Çıxışlar olub. Dmitri Vorşilov və dumanın başçısı Lyudmila Poxilko çıxış edib. Turnir açıq elan olunub. Yarışlara Rusiya Federasiyasının Nərd Fedrasiyasının vitse-ptezidenti Nazim Axundov hakimlik edib.
İlk olaraq Azərbaycan cəmiyyəti Pyatiorsk Nərd Federasiyasının komandası ilə (hər üçü erməni əsilli) oynayıb və qalib gəliblər. Sonra erməni cəmiyyəti ilə oynayaraq yenə qalib gəliblər. Nəhayət 3-cü turda “Aysberq” komandası ilə yarışıblar. Yenə qalib gələrək finala çıxıblar.
Finalda Azərbaycan diasporunun komandası erməni cəmiyyətinin komandası ilə yenidən oynamalı olub. “Bizimlə oynayan komandaların hər biri çox güclü idilər. Həyacanlı anlar başlamışdı. Nəhayət 2:1 hesabl ilə onlara da qalib gədik və turnirin qalibi olduq. Çox güclü komandalar idi, əslən Azərbaycandan olan ermənilər idi, əsasən də Bakıdan. Ermənilərə finalda da qalib gəldik, 1-ci yeri qazandıq. Bir daha sübut etdik ki, nərd azərbaycanlıların oyunudur. Eşq olsun oyunçularımıza”, – deyə Təhmasib Zeynalov bildirib.

image-fb_img_1652674032384

image-fb_img_1652674046638

image-fb_img_1652674059320

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki