image-2000x150
image-17441071305634858321_1200x630backend

Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər

image-768x150

Misirin Vəqflər Nazirliyinin təşkilatçılığı ilə Qahirədə “İslam dünyası xalqlarının ərəb dilinin inkişafında rolu” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarın budəfəki qonağı Qahirə Universitetinin müəllimi, Azərbaycan-Misir Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri Seymur Nəsirov çıxış edərək azərbaycanlı alimlərin ərəb dilinin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, sovet dövründə İslam dini sıxışdırılsa da, bu dinin müqəddəs kitabının nazil olduğu ərəb dili sahəsində Azərbaycanda böyük alimlər yetişib. Azərbaycan alimləri ərəb dilinin inkişafına tarixən böyük töhfələr verib.

S.Nəsirov çıxışında Azərbaycan alimlərindən Xətib Təbrizi, İzzəddin Zəncani və başqalarının yaradıcılığına da toxunub.

image-17441071301519921895_1200x630

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki