image-2000x150
image-b5cdcf2608cd7c7backend

QHT-lər Vladimir Solovyovla bağlı bəyanat yaydı

image-768x150

Bir neçə gün bundan əvvəl  Moskvanın “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümü ilə nəticələnmiş hadisə Azərbaycan ictimaiyyətini də sarsıtdı. Xüsusilə azərbaycanlı iş adamına məxsus iri ticarət və mədəniyyət mərkəzində törədilmiş, bir neçə soydaşımızın da ölümünə səbəb olmuş bu dəhşətli terakt hər bir Azərbaycan vətəndaşını hiddətləndirdi. Lakin terror aktının dərin pərdəarxası məqamları barədə ciddi informasiya vermək, araşdırma aparmaq, belə çətin dönəmdə cəmiyyətə təmkinli mesajlar vermək əvəzinə, hər zaman Azərbaycan əleyhdarlığı ilə seçilən teleaparıcı Vladimir Solovyov növbəti dəfə öz sərsəmləməsi ilə gündəmə gəlmişdir.

Onun son fikirləri, məlum terror aktında Azərbaycan izini axtarmaq istiqamətində gülünc, absurd versiyaları Azərbaycan ictimaiyyətinin və Rusiyada yaşayan böyük Azərbaycan diasporunun haqlı qəzəbinə səbəb olmuşdur.  Bu şəxsin öz ənənəsinə sadiq qalaraq belə bir dəhşətli hadisədə də Azərbaycan izi axtarmaq istəyi onun artıq həddini aşdığının, qərəzinin heç bir çərçivə tanımadğının sübutudur. Hər zaman erməni diasporunun kuklası rolunu oynayan, erməni iş adamlarının pulları ilə özünə həyat və şərait quran və bunun müqabilində məşğul olduğu jurnalistika sahəsinə ləkə gətirən Vladimir Solovyov üçün həqiqətin ünvanı önəmli deyil. Görünür onun üçün əsas məsələ  oynadığı rol müqabilində  ermənilərin ödədiyi pulların miqdarıdır. Lakin qeyd etmək istəyirik ki, o bu rolu çox pis oynayır. Rolda inandırıcılıq və həqiqət payı sıfırdır. Bununla Solovyov böyük pullar müqabilində tutduğu anti-Azərbaycan tərəfləri də aldadır. V.Solovyov və havadarları elementar həqiqəti anlamaq istəmir ki,  terrorçunun heç bir milli və dini mənsubiyyəti olmur. Terrorçu cılız məqsədlərdən ötrü dinc insanlara atəş açıb həyatlarına son qoyursa bu bəşəri cinayətdir. Bundan əlavə, ölənlərin arasında azərbaycanlılar da var, burada maddi və mənəvi zərər həm də azərbaycanlı iş adamına dəymişdir.

Bir sözlə V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibatda azərbaycanlılar Azərbaycanı hədəfə almaq onun növbəti təxribatı və millətimizə qarşı düşüncəsizliyinin və qərəzinin təzahürüdür.  Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Bundan əlavə o, Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə də xələl gətirməkdədir.
Bu baxımdan, Azərbaycanın Qeyri-Hökumət Təşkilatları olaraq  V.Solovyovun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya manipulyasiyasını qəti şəkildə pisləyirik. Onun bu hərəkətini Azərbaycan-Rusiya münasibətlərinə, azərbaycanlılara qarşı nifrət və hörmətsizlik hesab edirik və  Rusiya mediasını, Rusiya ictimaiyyətini, ziyalılarını Solovyov kimi qeyri-peşəkar ünsürlərə yerini bildirməyə, bu anti-humanist, bədnam açıqlamalara biganə qalmamağa çağırırıq. Azərbaycan ictimai fəalları olaraq ümid edirik ki, V. Solovyovun bu hərəkətinə Rusiyada hüquqi qiymət veriləcək və o layiqli cavabını alacaq.

“Milli Fikir və İnkişaf” İctimai Birliyi
“Müasir İnkişaf” İctimai Birliyi
“Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar” İctimai Birliyi
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu
“İnkişafa və İslahatlara dəstək” İctimai Birliyi
“Hilal” Sosial Araşdırmalar İctimai Birliyi
“Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi
“Gənclərin töhfəsi” İctimai Birliyi
“Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyi
Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi
“İslahatçı Gənclər” İctimai Birliyi
“Ortaq Dəyərlər” İctimai Birliyi

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki