image-2000x150
image-qirqizistan-1backend

Qırğızıstan mediasında “Ermənistanın hərbi cinayətləri” sərlövhəli məqalə dərc olunub

image-768x150

Qırğızıstanın “Goldenbridgenews.com” saytında “Ermənistanın hərbi cinayətləri” sərlövhəli məqalə dərc olunub. Diaspornews.azxəbər verir ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

Məqalədə Gəncə hadisələrinə diqqət çəkilərək 2020-ci ildə Vətən müharibəsində Ermənistan Azərbaycanda mülki şəxləri, uşaqları qətlə yetirməkdə vandallıq nümayiş etdirdiyi qeyd olunur. Bidirilir ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Yazıda bu raket zərbələri nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxsin həlak olduğu, 31-i uşaq olmaqla, 142 dinc sakinin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı vurğulanır.

Məqalədə 2022-ci ilin yanvarın 30-da Gəncədə Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Prezident İlham Əliyevin Memorial Kompleksin təməlini qoyduğu bildirlib. “Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır”,-deyə məqalədə Prezident İlham Əliyevin Gəncədə AZƏRTAC-a müsahibəsindən sitat verilib.

Yazıda Gəncəyə edilən raket hücumlarında şəhid olanları anmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 3 oktyabr 2021-ci ildə bir sıra QHT təmsilçilərinin Gəncə şəhərinə səfəri və Gəncədən dünya birliyinə QHT-lərin müraciəti haqda məlumat verilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

http://www.goldenbridgenews.com/ru/230108-2/?fbclid=IwAR0fOqBTa-eDDn187sPqaUOrABRaLkEYgdCpuuUXt3uZeIXeyDqZHAc-mog

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki