Amerikanın “Time” jurnalının hər il tərtib etdiyi dünyanın “100 ən maraqlı və görməli yerləri” siyahısına Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən Dağ Yəhudiləri Muzeyi də daxil edilib.
Bu haqda “The Bukharian Times” jurnalının redaktoru Erin Levi öz məqaləsində bildirib. O, məqalədə qeyd edib ki, bu ilin may ayında ABŞ və Kanada Buxara Yəhudiləri Konqresi üzvlərindən ibarət nümayəndə heyətinin tərkibində ilk dəfə ölkəmizə səfər edib. Səfər çərçivəsində ölkəmizin multikultural, tolerant ölkə olduğunun şahidi olub və gözəl təəssüratlarla geri döndüyünü diqqətə çatdırıb.
Qeyd edək ki, dərc olunan məqalədə Azərbaycanın dinlərarası dialoqun inkişafında önəmli rol oynadığını vurğulayan Erin Levi Dağ Yəhudiləri Muzeyinin bu siyahıya namizədliyinin irəli sürülməsinə təşəbbüs göstərib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://time.com/6992405/museum-of-mountain-jews/
https://time.com/collection/worlds-greatest-places-2024/