Martın 25-də Belarusun Qrodno şəhərindəki “Festival” Mədəniyyət Mərkəzinin salonlarından birində Azərbaycanın adət-ənənələrinə həsr olunmuş sərgi açılmışdır.
Belarusun “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin Qrodno regional bölməsi ilə birgə təşkil olunan “Azərbaycanın mədəni irsi” sərgisi Qrodno şəhərinin sakinlərini və qonaqlarını Azərbaycan xalqının adət-ənənələri və mədəniyyəti ilə tanış etmək, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi və milli diasporlarla uğurlu əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə keçirilir.
Sərgidə nadir Azərbaycan adət-ənənələrini nümayiş etdirən məişət əşyaları, geyimlər və xalçalar nümayiş etdirilir.
Sərgi aprelin 23-dək, saat 9:00-dan 20:00-dək davam edəcək.