image-2000x150
image-whatsapp-image-2026-08-31-at-07-14-48backend

Rafael Nektalov “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub

image-768x150

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin koordinatoru, “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov 70 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

Medal avqustun 14-də Nyu-York şəhərində keçirilən tədbir zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən Rafael Nektalova təqdim edilib.

Rafael Nektalov uzun illərdir Azərbaycan həqiqətlərinin ABŞ və Kanadada tanıdılması, Azərbaycan diasporu ilə Buxara yəhudiləri icması arasında əlaqələrin inkişaf etdirilməsi və diaspor fəaliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Onun rəhbərlik etdiyi “Bukharian Times” qəzeti Buxara yəhudilərinin tarixi, mədəniyyəti və ictimai həyatının işıqlandırılması ilə yanaşı, Azərbaycanla bağlı materialların beynəlxalq ictimaiyyətə çatdırılmasına da xüsusi diqqət yetirir.

image-whatsapp-image-2026-08-17-at-19-17-37

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki