image-2000x150
image-5a0c9f47-2cda-409b-abeb-8955ae8953c2backend

Repressiya qurbanı olan Xeyrənisə Qasımovanın anım günüdür

image-768x150

Bu gün repressiya qurbanı olan QASIMOVA XEYRƏNİSƏ ƏLİ QIZININ vəfat etdiyi gündür! Onun haqqında arxiv sənədlər əsasında əldə etdiyim məlumatları və video materialı sizə təqdim edirəm! Qasımova Xeyrənisə Əli qızı 1901-ci ildə Lənkəran qəzasının (indiki Masallı rayonunun Öncəqala kəndində) anadan olmuşdur. 1921-ci ilin yanvar ayında Lənkəran qəzasının (indiki Masallı rayonunun Qasımlı kəndindən) olan Qasımov Qasım Fərəc oğlu (1897-17.12.1981) ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 1921-ci ildə Fəyyaz Fərəcov, 1932-ci ildə Museyib Fərəcov (sonradan soyadı Məmmədov olmuşdur) və 1933-cü ildə Seyfulla Fərəcov dünyaya gəlmişlər. Çox keçmir ki, Stalin repressiyası bu ailənin xoşbəxtliyini əlindən alır. Belə ki, Qasımı əksinqilabi fəaliyyətinə görə (Azərbaycan Xalq Cümhuriyyəti əsgərlərinə maddi yardım etdiyinə və türkçülüyü təbliğ etdiyinə görə) 1937-ci ilin 14 mart tarixində həyat yoldaşı Xeyrənisə xanımla birgə həbs etmişlər. Övladları: Fəyyaz Fərəcov 1941-ci ilə qədər Əmisi gildə yaşamış), Museyib və Seyfulla Fərəcovun yaşları kiçik olduğundan uşaq evinə verilmişlər. Fəyyaz Fərəcov 1941-ci ildə Böyük Vətən müharibəsinə yollanmışdır. 1947-ci ilin aprel ayında vətəninə qayıtmışdır. 1949-cu ildə qardaşı Seyfulla Fərəcovu uşaq evindən tapmış və öz himayəsində saxlamışdır. Museyib Fərəcovun uşaq evində vəfat etməsi xəbəri Fəyyaz Fərəcova verilsə də, 1964-cü ildə Gürcüstan SSR-nin Marneuli rayonunun Candar kəndində yaşaması məlum olmuşdur. Fəyyaz Fərəcov həmən qardaşını da ailəsi ilə birgə Masallı rayonunun Qasımlı kəndinə gətirmişdir. Qasımova Xeyrənisə Əli qızı 10 aprel, 1937-ci ildə Qazaxıstanın Cambul (indiki Taraz) şəhərində vəfat etmişdir. Qasımov Qasım Fərəc oğlu isə 17 dekabr, 1981-ci ildə Rusiyanın Kemerov vilayətinin Marinsk şəhərində vəfat etmişdir. 2022–ci ildə Qasımov Qasım Fərəc oğluna və Qasımova Xeyrənisə Əli qızına Masallı rayonunun Qasımlı kənd Yarəhmədli məhəlləsində yerləşən qəbiristanlığında Mehdi Fəyyazlı tərəfindən məzar daşı əlavə edilmişdir.

Allah rəhmət etsin, məkanı cənnət olsun!

image-d3644123-be7b-4154-ab18-4cae195635d1

 Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədr müavini FƏYYAZLI MEHDİ AFİQ OĞLU

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki