image-2000x150
image-whatsapp-image-2024-05-07-at-23-34-44backend

Rusiyada yaşayan Azərbaycan əsilli yazıçı Bakıda pərəstişkarları ilə görüşdü

image-768x150

Bakının Park Bulvar Ticarət Mərkəzində  “Əli və Nino” kitab mağazasında rusiyalı yazıçı Eldar Əhədovun dünya şöhrətli yazıçı və şairlərin Azərbaycana səyahətlərindən bəhs edən “Mən qayıdıram…” kitabının təqdimatı keçirildi.

Azərbaycan oxucularının o qədər də yaxşı tanımadığı Eldar Əhədov  Rusiya Yazıçılar İttifaqı və “XXI əsrin yazıçıları” İttifaqının üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.  Uzun illərdir ki, Rusiyada  Krosnoyarskda  yaşayır. Yazıçının iki kitabı ABŞ-da, bir çox əsərləri isə Rusiya, Bolqarıstan, İsrail, Almaniya, Ukrayna, Qazaxıstan, Belarus, Meksika, Serbiya, Hindistan, Misir və Azərbaycanda nəşr edilib. Rus, azərbaycan, ingilis, ispan, italyan və serb dillərində 76 şeir və nəsr kitabının müəllifidir. 2012-ci ildə  beşcildlik seçilmiş əsərləri işıq üzü görüb. “Sənə dua edirəm” əsəri dünyanın mindən çox dilinə, o cümlədən ərəb, yunan, ingilis, ispan, çin dillərinə tərcümə olunub. Bakıda təqdimı keçirilən “Mən qayıdıram…” kitabı onun çoxsaylı oxuculara Azərbaycanla bağlı “Sevgimin yurdu”, “Xarıbülbül. Azərbaycan dastanı”ndan sonra növbəti populyar əsəridir.

Azərbaycan əsilli  yazıçı  bir ay əvvəl Dünya Yazıçılar Təşkilatının keçirdiyi  konqresində dünya ədəbiyyatına verdiyi şəxsi töhfələrinə görə gümüş medalla təltif edilib. Dünya şöhrətli britaniyalı şair Riçard Berenqarten Kembric Universitetində keçirilən mərasimdə  Eldar Əhədovu  “Rus dilində yazan görkəmli Azərbaycan şairi”,  “Neizvestnaya Sibir” jurnalı (№4, 2010) onu Rusiyanın ən istedadlı yazıçılarından biri adlandırıb. 2019-cu ildə yaradıcılığı “Başqa dildə əsərlər yaradaraq milli kimliyi qoruyub saxladığına görə” Avrasiya gümüş medalına layiq görülüb.

Bakıda doğulan Eldar Əhədov Sankt-Peterburq Dağ-Mədən Universitetinin (Leninqrad Dağ-Mədən İnstitutu) məzunudur. Ali təhsilini başa vurduqdan sonra qırx il Uzaq Şimalda, Orta və Şərqi Sibirdə əmək fəaliyyətinin davam etdirmişdir. Tədqiqat işlərini insan ayağı dəyməyən məkanlarda – Qütbarxası sahələrdən tutmuş monqol çöllərinə qədər, Yamaldan  Tuvayadək  tayqanın və tundranın əlçatmaz yerlərində həyata keçirmişdir. Uzaq Şimalda iki çay onun adını daşıyır. Onun yaradıçılığının pərəstişkarları sırasında Nobel Sülh Mükafatı laureatı Bəxtiyar Siracov, Azərbaycanın xalq yazıçıları Çingiz Abdullayev və Natiq Rəsulzadə kimi doğma Bakının bir çox sakinləri var.

Azərbaycan əsilli  yazıçı  Eldar Əhədovun “Əli və Nino”da oxucularla görüşü böyük ruh yüksəkliyi ilə keçdi, yazıçı görüşünə gələnlərin çoxsaylı suallarını cavablandırdı və yaradıcılıq uğurlarından danışdı.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki