Rusiyanın Puşkino şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.Mahir Miriyevin rəhbərlik etdiyi yerli diaspor birliyinin təşkil etdiyi tədbirdə Xocalı soyqırımına aid film nümayiş olunmuş, faciənin nəticələrindən danışılmış, şəhidlərimizin ruhlarına dualar oxunmuş və ehsan verilmişdir. Qeyd olunmuşdur ki,artıq Xocalı düşməndən azad edilib və bu il faciənin ildönümü soyqırın qurbanlarının qanı axıdılan torpaqlarda da qeyd olunur. Buna görə Azərbaycan Ordusuna və onun Ali Baş Komandanına minnətdarıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İmran Abdinov, Moskva