image-2000x150
image-20240212043158_mikayil_oyta1backend

Sidneydə Azərbaycandakı dinlər və millətlərarası harmoniyadan bəhs edilib

image-768x150

Avstraliyanın Sidney şəhərində Beynəlxalq Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirilmiş tədbirdə Azərbaycan icması da təmsil olunub.

Avstraliyanın Multikulturalizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Sidneydəki əlaqələndiricisi Mikayıl Oyta çıxış edib.

Soydaşımız öncə Avstraliya torpaqlarının mənəvi mənzərəsini formalaşdıran keçmiş və indiki aborigen ağsaqqallarını yad edib və minnətdarlığını bildirib. Tarixi vətəni olan Azərbaycanı dini və milli harmoniyanın bariz nümunəsi adlandırıb, müxtəlif etnik və dini icmaların ölkəmizdə sığınacaq tapdığına diqqəti cəlb edib: “Bu harmoniya, sadəcə, birgəyaşayış deyil, ümumbəşəri parlaq bayramdır”.

Nəzərə çatdırıb ki, Avstraliya da Azərbaycan kimi çoxlu sayda mədəniyyətlərin birgə mövcud olduğu ölkədir. O, cəmiyyəti mədəniyyətləri, dinləri və ənənələri birləşdirən körpülər salmağa, bərabərliyin çiçəkləndiyi, müxtəlifliyin kollektiv günü ifadə etdiyi dünya qurmağa çağırıb.

Qeyd edək ki, Beynəlxalq Dinlərarası Harmoniya Həftəsi ideyası ilk dəfə 23 sentyabr 2010-cu ildə BMT Baş Assambleyasında İordaniya Kralı II Abdullah tərəfindən irəli sürülüb. Bi təklif 20 oktyabr 2010-cu il tarixində BMT tərəfindən yekdilliklə qəbul edilib. Bu təşəbbüs müxtəlif inancların dialoquna çağırış məqsədilə həyata keçirilir.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki