image-2000x150
image-img-20221004-wa0032backend

Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin ad günü qeyd olunub

image-768x150

Bu gün 90 nömrəli tam orta məktəbin adını daşıdığı Rixard Zorgenin ad gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi ictimai Birliyinin sədri Fuad Hüseynzadə, məktəb rəhbərliyi, müəllim və şagird heyyəti iştirak ediblər.

     Məktəbin Rus dili və ədəbiyyatı müəllimi Samirə Salayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə Rixard Zorgenin şərəfli ömür yolundan söz açılıb,şagirdlər qəhrəmana həsr olunmuş şeirlər, hekayələr söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər .Qeyd olunub ki,Rixard Zorge  4 oktyabr 1895-ci ildə Bakıda Sabunçu qəsəbəsində neftçi texnik Adolf Zorgenin ailəsində doğulmuşdur, Almaniya vətəndaşı Albert Zorgenin nəvəsidir. Üç yaşı olanda valideyninləri ilə Almaniyaya köçmüş və orta və ali təhsilini orada almışdır. Rixardın babası Albert və dayısı Fridrix Zorge kommunizm hərəkatında fəal iştirak etmişdilər və görünür Rixardın da bu hərəkata meylinə bunun təsiri olmuşdur. 1924-cü ildə Sovetlər İttifaqına qayıdan Rixard Zorge, 1929-cu ildə Sovet kəşfiyyat xidmətinin işinə cəlb edilmiş, 30-cu illərdə Almaniya və Yaponiyada işləyərkən bu iki ölkənin Sovetlər ölkəsinə qarşı hərbi Əməliyyatlara hazırlaşmaları və hətta bu hücumların konkret vaxtları haqqında məlumatları Sovet rəhbərliyinə gizli yollarla çatdırmışdır. Almaniya faşist ordusu ilə Moskva altında keçirilən gərgin döyüşlər zamanı Rixard Zorge Yaponiyadan xəbər vermişdi ki, Yaponiya (Almaniya müttəfiti) Sovet İttifaqına qarşı müharibəyə başlamayacaqdır. Buna əsasən Sovet rəhbərliyi Uzaq şərqdə yerləşdiyi ordunun bir hissəsini Moskvanı müdafiəyə cəlb etmişdi.1941-ci ilin oktyabrında Rixard Zorge Yaponiya polisi tərəfindən həbs edilmiş və 1943-cü ilin sentyabrında onun haqqında ölüm hökmü verilmişdir. R.Zorge 1944-cü ilin 7 noyabrında Yaponiyada edam edilmişdir. Ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı 20 il sonra,1964-cü ilin 5 noyabrında verilmişdir. Bakıda adını daşıyan küçə və park var və həmçinin xatirə ansamblı yaradılmış, qəhrəmanlığı haqqında bədii film çəkilmişdir.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki