image-2000x150
image-nnnnnnnnnbackend

Soydaşımız Rusiyada keçirilən nərd turnirinin qalibi olub

image-768x150

İyunun 9-da  Rusiya Federasiyasının Lyubertsı şəhərində “Spartak Nard Open” adlı ilk nərd turniri keçirilib. Turnirdə Moskva, Moskva vilayəti və Nalçikdən 51 idmançı iştirak edib. Turnirdə İsveçrə sistemi üzrə üç oyundan sonra qalib müəyyənləşib.

Bu nərd üzrə çempionluq kəmərinin ilk sahibi Moskvada yaşayan soydaşımız Mühasib Qurbanov olub.

O, finalda Lyubertsı şəhərindən yarışa qatılan Aleksey Bajenovu 3:0 hesabı ilə məğlub edib. Ümumi olaraq Mühasib Qurbanov turnirdə 12 qələbə qazanıb.

Xatırladaq ki, Qurbanov Müsahib Həmid oğlu 10.03.1959 il tarixində  Göygöl rayonunun Toğana kəndində anadan olub.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki