image-2000x150
image-a96e353a-b66c-44b0-9a6c-b92b48943927backend

Soydaşlarımız Kazanda XIII Respublika İftarında iştirak ediblər

image-768x150

Kazan Expo Beynəlxalq Sərgi Mərkəzində 13 000-dən çox insanı bir araya gətirən XIII Respublika İftarı təşkil olunub. Məclisdə Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti “Birlik” ictimai təşkilatının sədri, Tatarıstanın Leninoqorsk Bələdiyyə Dairəsinin Sovetinin deputatı, ictimai xadim, xeyriyyəçi Ramiz Məmmədov və “Salam Tatarıstan” beynəlxalq mərkəzinin rəhbəri Emin Ramazanov iştirak edib.

Ramiz Məmmədov saytımıza bildirib ki, bu, genişmiqyaslı tədbir Rusiyada müsəlman icmasının birliyini və ənənələrin möhkəmliyini nümayiş etdirən ən böyük iftara çevrildi: “Mərkəzin ərazisində ümumi uzunluğu 3 kilometr olan 2100 masa var idi. Aralarında 16 yaşdan 70 yaşa qədər müxtəlif yaşda olan insanların da olduğu könüllülər böyük iş görüblər: 3 ton ət, 800 kiloqram qarabaşaq yarması, 4 ton tərəvəz və meyvə, 900 kiloqram quru meyvə, 13 min porsiya çak-çak və bir çox başqa şirniyyatlar hazırlanıb.

Təkcə bayram süfrələri deyil, həm də Vətənə məhəbbət mövzusuna həsr olunmuş mədəni proqram xüsusi ab-hava yaradıb.

Qonaqlar Böyük Vətən Müharibəsində Qələbəyə müsəlmanların töhfələrindən bəhs edən sərgiyə baxıb, halal məhsullar yarmarkasını ziyarət edib, kollektiv dualarda iştirak etdilər.

Bütün iştirakçılar üçün ən rahat şərait yaradılıb: namaz qılmaq üçün xüsusi zallar təşkil edilib, tibbi xidmət göstərilib, təhlükəsizlik və asayiş təmin edilib. Təşkilatçılar və könüllülərin koordinasiyalı əməyi sayəsində tədbir ən yüksək səviyyədə keçirildi, bütün iştirakçıların qəlbində unudulmaz təəssüratlar oldu.

Bu iftar sadəcə yemək deyil, Tatarıstan müsəlman icmasının ən yaxşı ənənələrini nümayiş etdirən əsl birlik, xeyriyyəçilik və mənəvi zənginləşmə bayramına çevrildi”.

image-377da90a-35d0-457d-ad6e-4eefbdf0c2c6 image-8aa7456b-3df9-44ba-a4fa-0738960efc40 image-2636de53-3e3f-45f5-ad39-a0b1cd52420f image-5d9190f7-c88e-4bbf-921e-764d9b678e36image-c7e3e344-3faa-487b-b528-ccebd571833c

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki