image-2000x150
image-20251010033932_559171217_24984263721209228_4999317717681649272_n_-1backend

Soydaşlarımız Varşavada ermənilərin iddialarını faktlarla təkzib edib

image-768x150

Polşa Azərbaycanlıları Şurasının (PAŞ) üzvləri ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında iştirak ediblər. Tədbir çərçivəsində keçirilən iclaslarda və müxtəlif panellərdə beynəlxalq ictimaiyyətə Azərbaycanın haqlı mövqeyi obyektiv, əsaslandırılmış şəkildə təqdim olunub (Diaspor.gov.az).

Konfrans zamanı bəzi müzakirələrdə birtərəfli və qeyri-obyektiv yanaşmalar olsa da, PAŞ nümayəndələri peşəkar və faktlara söykənən çıxışlarla onlara cavab veriblər.

Tədbir çərçivəsində Ermənistan QHT-lərinin təşkil etdiyi paneldə azərbaycanlıların işğaldan azad olunan ərazilərə geri qayıtmadığına dair əsassız iddialar irəli sürülüb. Polşa Azərbaycanlıları Şurasının icraçı direktoru Yusif Məmmədov bu iddiaları təkzib edərək, həmin ərazilərin işğal dövründə geniş şəkildə minalandığını və mina xəritələrinin hələ də Azərbaycana təqdim olunmadığını beynəlxalq auditoriyanın diqqətinə çatdırıb. Erməni nümayəndələrinin təzyiqlərinə baxmayaraq, o, mövqeyini qətiyyətlə müdafiə edib.

image-uuuu

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki