image-2000x150
image-20240229061553_screenshot_2024-02-29_181533backend

“The Bukharian Times” Xocalı faciəsi ilə əlaqədar tədbirdən yazıb

image-768x150

ABŞ-də yaşayan yəhudilərə məxsus “The Bukharian Times” qəzetində Nyu-York şəhərində fəaliyyət göstərən Türk Evində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı keçirilmiş anım tədbirindən bəhs edən geniş məqalə dərc olunub. Məqalədə qeyd edilib ki, müxtəlif icmaların, o cümlədən Buxara-yəhudi icmasının nümayəndələri faciənin 32-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə növbəti dəfə həmrəylik nümayiş etdiriblər.Tədbirdə ABŞ və Kanada Buxara Yəhudiləri Konqresinin koordinatoru Rafael Nektalov, “The Bukharian Times” qəzetinin baş redaktoru, tanınmış iş adamı və xeyriyyəçi Edvard Yusupovun da iştirak etdiyi bildirilib. Məqalədə İsrailin “Handa-Handa” teatrının əməkdaşı Hay Davidovun Azərbaycana bağlılığı və azərbaycanlıların tarix boyunca məruz qaldıqları ən böyük faciələrdən olan Xocalı soyqırımı haqqında fikirləri də yer alıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.bukhariantimes.org/2024/02/28/new-york-marks-32nd-anniversary-of-khojaly-genocide-with-multicultural-tribute/

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki