image-2000x150
image-587397478_887299166963200_1027959813845034477_nbackend

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilib

image-768x150
2025-ci il noyabrın 24-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Ortaq Dəyərlər” İctimai Birliyinin birgə təşkilatçılığı, TİKA-nın dəstəyi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilib.
Forumda ilk olaraq, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forum iştirakçılarına ünvanladığı müraciəti oxuyub.
Hikmət Hacıyev qeyd edib ki, hazırda türk dövlətləri ilə 34 müxtəlif əməkdaşlıq formatları olsa da, QHT-lər xətti bu səviyyədə tərəfdaşlıq olmayıb, bu yeni istiqamətdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya bildirib ki, Türk birliyinə gedən yol yalnız dövlətlərin iradəsindən deyil, həm də vətəndaş cəmiyyətlərinin həmrəyliyindən keçir.
Bu baxımdan, Agentlik Türk dövlətlərində fəaliyyət göstərən təsisatlarla əməkdaşlığa böyük önəm verir.
TİKA Bakı Ofisinin rəhbəri Hayrettin Özçelik forumun işinə uğurlar arzulayıb.
image-1image-585578115_887319670294483_3700007612028658472_nimage-9
image-2  image-4 image-5image-3 image-6 image-7   image-586806294_887319763627807_6516644833047557007_n image-586914155_887319326961184_1513867351419895532_n image-587379392_887319903627793_7957770093730989823_n  image-588407888_887319853627798_6216989761655579233_n image-589663155_887320060294444_1877760961184871489_n
image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki