image-2000x150
image-6032721dd8538backend

Türkiyənin 24Tv telekanalında Xocalı soyqırımına həsr olunmuş veriliş yayımlanıb

image-768x150

Bu gün Türkiyənin 24Tv telekanalında gecə saat 00.15-də Özgenur Reyhan Gülər xanımın aparıcılığıyla “An və zaman” proqramında Xocalı soyqırımına həsr olunmuş veriliş yayımlandı. Proqramın qonaqları Marmara Universitetinin müəllimləri prof.dr.Okan Yeşilot və Azərbaycanlı dos.dr. Mehdi Gəncəli idi. Aparıcının Xocalı faciəsiylə bağlı tarixi- siyasi və ədəbi suallarını hocalar mövzuya hakim bir şəkildə dəyərləndirdilər.Marmara Universitetinin müəllimləri aparıcının onlara ünvanladığı “Xocalı soyqırımı və dünyada etkisi”, “Xocalı soyqırımına gələn yolda erməni-müsəlman qarşıdurmaları”, “Qətliamın şahidləri və ya zərərdidələri öz hekayələrində başlarına gələnləri hansı ədəbi əsərlərdə anlatmışlar”, “Dünya çapında oxucular bu əsərlərə necə reaksiya verdilər” ,”Anadoludan sürgün edilən erməniləri Xocalı soyqırımı üzərindən necə oxuyuruq?” Kimi tarixi sualları cavablandırdılar.2 saata yaxın davam edən proqramda Xocalı hadisələrinə tarixi yöndən bir baxış mənzərəsi açıldı və hocalar bu faciənin Türk dünyasının hafizəsidən heç bir zaman silinə bilməyəcəyini vurğuladılar. Türk dünyası yaşadıqca bu Torpaq, Yurd, Namus itkisi kimi dəyərləndirilən Xocalı faciəsi unudulmayacaq və unutdurulmayacaq yanıtını verdilər.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki