Fevralın 25-də Ukraynanın Mirqorod şəhər Tarix muzeyində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Mirqorod şəhəri təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımı şəhidlərinə həsr olunmuş sərgi təşkil edilib.
Bu haqda “Diaspornews.az”a UAK-ın Mirqorod şəhəri təşkilatının rəhbəri Zamir İsmayılov məlumat verib.
Sərgidə Xocalı soyqırımı ilə bağlı şəkillər, kitab və bruşürlər nümayiş olunur. Bir həftə ərzində Mirqorod şəhər Tarix muzeyində bu sərgi davam edəcək.
Xatırladaq ki, bu sərgi ilə bağlı Mirqorod şəhər televiziyasında xüsusi reportaj təqdim edilib. Reportajda Mirqorod şəhər Tarix muzeyinin direktoru Andriy Fesenko Xocalı soyqrımının ermənilər tərfindən törədildiyini qeyd edib.