image-2000x150
image-img-20230107-wa0060backend

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Salonikidə tədbir keçirilib

image-768x150

6 yanvar tarixində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evinin təşkilatçılığı ilə Yunanıstanın ikinci böyük şəhəri olan Salonikidə tədbir keçirilib.
“Diaspornews.az” xəbər verir ki, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evinin sədri Rəşid Məmmədov çıxış edərək, Cəmiyyətin üzvləri və tədbird iştirakçılarına
Ulu Öndərin mənalı həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat vermiş, dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında əvəzsiz rolunu və xaricdə, o cümlədən Yunanıstanda yaşayan azərbaycanlıların Heydər Əliyev irsinə, onun azərbaycançılıq məfkurəsinə dərindən bağlı olduqlarını vurğulamışdır. Türkoloq alim Sokrat bəy Angelidis çıxış edərək Ulu öndər, böyük şəxsiyyətin dahiliyini dilə gətirərək Azərbaycan tarixi haqqında fikirlərini bölüşmüşdür.
Tədbirin sonunda ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.

image-img-20230107-wa0057

image-img-20230107-wa0055

image-img-20230107-wa0059

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki